Ramazanov Mingəçevir reqatasının qalibi oldu
İdman
16.10.2024 14:05
Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində qızıl medal qazanıb.
TodayPress xəbər verir ki, o, 500 metr məsafəyə akademik avarçəkmə yarışında birinci olub.
Ramazanov məsafəni 2 dəqiqə, 4,88 saniyəyə qət edib.
Əlimurad Hacızadənin Mingəçevir reqatasından qazancı gümüş medal olub.
Niyaz Məlikov - Elvin Əliyev cütlüyü isə beynəlxalq turnirin bürünc mükafatını əldə edib.
Namiq HUN
tag: Avarçəkmə, Amil Ramazanov ,Mingəçevir reqatası-2024 ,Turnir ,Azərbaycan ,todaypress.az,