Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazandı
İdman
07.09.2024 23:19
Azərbaycan paraüzgüçüsü Raman Saley (S12
kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında
növbəti medalını qazanıb.
TodayPress xəbər verir ki, idmançı 100 metr məsafəyə
"butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
O, finişə 58.13 saniyəyə çatıb.
Qeyd edək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100
metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla
üzmək) mükafat əldə etmişdi. Paris-2024 sentyabrın 8-də başa çatacaq.
tag: Bürünc, Medal, Raman Saley, Fransa, Butterfly,todaypress.az,