Ralf Ranqnik "Mançester Yunayted"ə qayıdır?

İdman

10.12.2024 12:10

2577

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.

TodayPress-in məlumatına görə, alman mütəxəssis idman direktoru vəzifəsini tuta bilər.

Bu vəzifə hazırda klubda vakant qalıb.

Qeyd edək ki, R.Ranqnik 2021-ci ilin dekabrında "Mançester Yunayted"in baş məşqçisi təyin edilib və mövsümün sonunda klubun məsləhətçisi kimi çalışıb. 2022-ci ildə isə Avstriya millisinə baş məşqçi təyin olunub.

tag: Alman ,İdman, Vəzifə, Klub ,todaypress.az,