Rahil Polşanın rəmzi komandasında - FOTO
İdman
11.11.2024 18:25
"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
TodayPress xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun "11-liy"inə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, "Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
tag: Rahil, Polşa, Azərbaycan, Poqon, Radomyak, todaypress.az,
![photo](/uploads/news/6731f921dde46.jpg)