Rahil Polşanı İsveçə dəyişə bilər

İdman

04.11.2024 17:03

Futbol üzrə Azərbaycan yığma komandasının və Polşanın “Radomiak” klubunun müdafiəçisi İsveçdən təklif alıb. 

TodayPress xəbər verir ki, Rahil Məmmədov “Myalbü” klubunun transfer siyahısındadır. 

İsveç Yüksək Liqasının təmsilçisi 28 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Rahilin Polşa klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

“Myalbü” klubu XXIX turdan sonra 47 xalla Allsvenskan liqasının 5-ci komandasıdır.

Namiq HUN

tag: Azərbaycan, Rahil Məmmədov, Myalbü, Transfer, Liqa, İsveç, todaypress.az,