Rahil Məmmədov “Radomyak”la anlaşdı

İdman

05.07.2024 00:41

Futbol üzrə Azərbaycan yığma komandasının müdafiəçisi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.

TodayPress xəbər verir ki, R.Məmmədov “Radomyak” klubu ilə 2 illik müqavilə imzalayıb.

“Radomyak” son mövsümdə Ekstraklasanı 38 xalla 15-ci pillədə başa vurub.

Xatırladaq ki, Rahil yanvar ayında Polşanın LKS klubuna transfer olunub. Ötən mövsümün ikinci hissəsində LKS-in heyətində 16 oyunda forma geyinən müdafiəçi komandanın güclülər liqasını tərk etməsindən sonra Lodz təmsilçisi ilə yollarını ayırıb.

Namiq HUN

tag: Rahil Məmmədov, Polşa, Radomyak, LKS,todaypress.az,