Rahil Ekstraklasa təmsilçisindən ayrıldı
Azərbaycan yığma komandasının futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.
TodayPress Polşa mətbuatına istinadən xəbər verir ki, müdafiəçi baş məşqçi Joao Enrikeşlə münasibətin korlanması səbəbindən bu addımı atmalı olub.
Bir müddət zədədən əziyyət çəkən müdafiəçi “Radomyak” forması ilə son matçını fevralda keçirib.
Rahil Məmmədov “Radomyak”da ümumilikdə 12 çempionat və 2 kubok matçına çıxıb.
Namiq HUN
tag: Radomyak,Rahil Məmmədov,Klub,Futbol,Todaypress.az,