Rafinyadan yeni mövsümdə uğurlu start
İdman
14.09.2024 11:02
"Barselona" futbol klubunun hücumçusu Rafinya La Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib.
TodayPress xəbər verir ki, forvard kataloniyalıların mövsümdə ardıcıl dörd qələbə qazandıqları matçlarda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, braziliyalı futbolçu ilk dəfə İspaniya çempionatında ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Namiq HUN
tag: Barselona ,Futbol, Rafinya La, Liqa, Forvard ,todaypress.az,