Rafinya Neymarın rekordunu təkrarladı
“Barselona” klubunun üzvü Rafinya Avropanın top-5 liqalarında braziliyalı futbolçular arasında bir mövsümdə ən çox qol+pas göstəricisində sabiq hücumçu Neymarla bərabərləşib.
TodayPress xəbər verir ki, hər iki futbolçu 51 faydalı hərəkətlə rekorda imza atıb.
Cari mövsümdə Rafinya 30 qol və 21 asist edib.
Neymar isə 2015/2016-cı il mövsümündə 31 qol vurub və 20 məhsuldar ötürmə edib.
Rafinya hazırkı mövsümün qalan hissəsində ən azı 6 La Liqa oyununda, Çempionlar Liqasının 2 yarımfinal görüşündə və İspaniya Kubokunun finalında iştirak edərək rekordu qıra bilər.
Namiq HUN
tag: Barselona,Rafinya,Rekord,Neymar,Todaypress.az,