Rafael Ağayevə yüksək vəzifə verildi

İdman

18.02.2025 13:15

2552

Azərbaycanın olimpiya mükafatçıları, dünya və Avropa çempionları olan Rafael Ağayev və Hacı Əliyevə Milli Olimpiya Komitəsində (MOK) vəzifə verilib.

TodayPress xəbər verir ki, MOK-un bu gün start götürən Hesabat-Seçki Baş Məclisində karate və güləş üzrə hər iki veteran idmançı da iştirak edir.   

Onlar  MOK-un növbəti 4 il müddətinə fərdi üzvü kimi qəbul edilib.

Beləliklə, hər iki tanınmış idmançımızın bugünkü MOK Baş Məclisinin seçki prosesində səsvermə hüququ yaranıb. (prosport.az) 

tag: Olimpiya,MOK,Üzv,Rafael Ağayev,Todaypress.az,