Rafael Ağayev əməliyyat olundu

İdman

07.05.2025 23:20

20

Azərbaycan karateçisi, 5 qat dünya, 11 qat Avropa çempionu olan Rafael Ağayev əməliyyat olunub.

TodayPress "Modern.az"a istinadən bildirir ki, əməliyyat ötən gün Bakıda yerləşən xəstəxanalardan birində baş tutub.

Onun əlindən və əzələ zədəsindən əməliyyat olunduğu qeyd olunub.

Hadisə ilə bağlı idmançı ilə əlaqə saxlanılıb.

Rafael Ağayev əməliyyat olunduğunu təsdiqləyib. 40 yaşlı idmançı vəziyyətinin yaxşı olduğunu bildirib.

"Hər şey qaydasındadır" o qeyd edib.

tag: Rafael Ağayev, Xəstəxana, Bakı, İdmançı, Əməliyyat, todaypress.az,