Rafa Mir cinsi zorakılıqda ittiham olundu
İdman
20.09.2024 18:50
İspaniya polisinə daxil olan şikayətdə
"Valensiya" klubunda çıxış edən Rafa Mirin 21 yaşlı qadına qarşı
cinsi zorakılıq etdiyi bildirilib.
TodayPress xəbər verir ki, hadisə futbolçunun bağ
evində yaşanıb.
"Barselona" futbol akademiyasının yetirməsi
olan təcrübəli futbolçu polis orqanları tərəfindən saxlanılıb.
Daha sonra keçirilən məhkəmədə zərərçəkmiş qismində
danışdırılan xanım, Rafa Mir tərəfindən döyüldüyünü və təcavüzə məruz qaldığını
bildirib.
Keçirilən məhkəmə prosesi zamanı futbolçu dəlil yetərsizliyi
səbəbindən müvəqqəti olaraq sərbəst buraxılıb.
Qeyd edək ki, Rafa Mir futbolçu karyerası ərzində İngiltərənin "Vulverhempton" və "Nottingem", İspaniyanın isə "Las Palmas", "Sevilya" və "Valensiya" klublarında çıxış edib.
Namiq HUN
tag: Futbol,Rafa Mir,Barselona,Valensiya, todaypress.az,