“Radomyak” Dadaşovla bağlı qərar verdi

İdman

12.03.2025 13:21

1393

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşada uğurlu çıxışı ilə adından söz etdirib.   

TodayPress xəbər verir ki, hücumçu yeni mövsümə də “Radomyak” klubunda başlaya bilər.   

Qış transferində Radom təmsilçisinə keçən Renatın xidmətində maraqlı olan komandaların sayı çoxalıb.   

O, yeni komandasında vurduğu ardıcıl qolları ilə Ekstraklassanın təmsilçilərinin diqqətini cəlb edib.   

“Radomyak” isə Dadaşovu komandada saxlamaq istəyir. Klub rəhbərliyi forvardın müqavilə müddətini artırmağa qərar verib.   

25 yaşlı futbolçu yeni komandası ilə müqavilə müddətini bir illik artıraraq, 2025/2026 mövsümünə də “Radomyak”da başlamaq niyyətindədir. 

Qeyd edək ki, Renat Dadaşovun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci il iyunun 30-na qədərdir.   

Namiq HUN

tag: Renat Dadaşov, Liqa ,Klub,Radomyak,Todaypress.az,