Qyökeres Avropa nəhənglərinin “radar”ına düşdü
İdman
05.11.2024 11:30
“Sportinq”in hücumçusu Viktor Qyökeres top klubalardan birini seçməli olacaq.
TodayPress “Corriere dello Sport”a istinadən xəbər verir ki, A Seriyası təmsilçiləri “Yuventus” və “Milan” isveçli futbolçunun transferində maraqlıdır.
Lissabon təmsilçisi Qyökeresin müqaviləsində 100 milyon avro təzminat məbləği göstərib.
İtaliya nəhəngləri ilə yanaşı, forvarda iddialılar arasında “Arsenal”, “Mançester Siti”, “Çelsi” və “Liverpul” kimi klublar da var.
Qeyd edək ki, cari mövsüm 16 oyunda meydana çıxan Qyökeres 20 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Mançester Siti,Viktor Qyökeres,Sportinq,Milan, Yuventus, todaypress.az,