Qvardiolanın şanslı triosu

İdman

11.06.2024 10:30

Pep Qvardiola Avro-2024-ün favoritlərini açıqlayıb. 

TodayPress xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Almaniya və İspaniyanı Avropa çempionatının şanslıları adlandırıb. İspaniyalı mütəxəssis İngiltərə yığmasından da uğur gözləyir. 

“İngiltərə qələbəyə getdikcə yaxınlaşır. Onların bu addımı atmasının vaxtı çatıb. Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Mən Böyük Britaniyada yaşayıram, ona görə də bu komandanın necə çıxış edəcəyi ilə maraqlanıram” Qvardiola deyib. 

Xatırladaq ki, Avro-2024 iyunun 14-də Almaniya – Şotlandiya oyunu ilə start götürəcək. 

Namiq HUN

tag: Qvardiola, Avro-2024, Mançester Siti, todaypress.az,