Qvardiolanın psixoloqa ehtiyacı yoxdur

İdman

09.12.2024 14:27

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola uğursuzluqlar fonunda komandanın futbolçularına necə motivasiya verdiyindən danışıb.

TodayPress xəbər verir ki, o, klubun saytına açıqlamasında söyləyib.

“Oyunçulara dedim: “Xahiş edirəm, heç nəyə görə peşman olmayın. Mübarizə aparın. Bəlkə də hər şey daha çətin olacaq. Amma bəlkə də bu dəfə digər mövsümlərlə müqayisədə daha çox xoşbəxt olacağıq. Çünki əvvəlki mövsümlərdə çempionluq qazanarkən bu qədər problemlərlə üzləşməmişdik".

“Mançester Siti” hazırda Premyer Liqada ilk dördlüyü tamamlayır. "Şəhərlilər"in 15 turdan sonra 27 xalı var. 

Namiq HUN

tag: Çempion, Müqayisə ,Məşqçi, Mövsüm, todaypress.az,