Qvardiolanın karyerasında ilkə imza atdı

İdman

03.02.2025 12:22

“Mançester Siti” mövsümdə 4-cü dəfə bir oyunda 4 və ya daha çox top buraxıb. 

TodayPress xəbər verir ki, “şəhərlilər” Premyer Liqanın XXİV turunda  “Arsenal”la səfər görüşündə 1:5 hesabı ilə uduzub. 

Daha əvvəl Mançester təmsilçisinin PSJ (2:4), “Tottenhem” (0:4) və “Sportinq”lə (1:4) qarşılaşmalarda da arxa xətti zəif təsir bağışlayıb.   

Pep Qvardiola məşqçilik karyerasında ilk belə halla üzləşib.

Bunadək ispaniyalının komandaları heç vaxt mövsümdə 4 dəfə ən azı 4 qol buraxmayıb. 

Qeyd edək ki, Qvardiola “Mançester Siti”yə qədər “Barselona” və “Bavariya”ya klublarına rəhbərlik edib.   

Namiq HUN

tag: Mançester Siti, Qvardiola,Klub,Top,Todaypress.az,