Qvardiola zəif çıxışın səbəbini tapdı
“Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyne yayda klubu tərk edəcək.
TodayPress xəbər verir ki, belçikalı yarımmüdaifəçinin başa çatacaq müqaviləsi yenilənməyəcək.
Son qərarı Pep Qvardiola verib. O hesab edir ki, futbolçunun zəif çıxışı “şəhərlilər”in qeyri-qənaətbəxş nəticələrinin səbəbidir.
De Bruyne karyerasını MLS-də davam etdirəcək. Cari mövsümdən Amerika çempionatında çıxış edən “San Dieqo” klubu Kevini transfer etmək istəyir.
De Bruyne yeni qurulan komandanın siması olmalıdır.
Qeyd edək ki, De Bruyne “şəhərlilər”lə meydana çıxdığı 27 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Mançester Siti,Xosep Qvardiola,Kevin de Bruyne,Futbol,Todaypress.az,