Qvardiola yubiley matçına çıxacaq

İdman

28.12.2024 09:30

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Lester”ə qarşı keçiriləcək oyun “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olacaq. 

TodayPress xəbər verir ki, qarşılaşma ispan mütəxəssisin hazırkı klubunda 500-cü matçı olacaq.

 Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə kubokunun, 4 dəfə İngiltərə Liqa kubokunun, 2 dəfə İngiltərə Superkubokunun, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə də UEFA Superkubokunun qalibi olub. 

Namiq HUN

tag: Mançester, Klub, Liqa, Çempion ,todaypress.az,