Qvardiola yayda komandadan göndəriləcək?

İdman

17.03.2025 13:10

2074

“Mançester Siti” klubu baş məşqçi Xosep Qvardiola ilə yolları ayırmağa hazırlaşır.   

TodayPress “E-notices”ə istinadən xəbər verir ki, klub rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisi istefaya göndərmək qərarına gəlib. 

“Şəhərlilər” artıq yeni baş məşqçi axtarışına da başlayıblar.

Klub rəhbərliyi bu vəzifəyə Sesk Fabreqası gətirmək istəyir.

O, hazırda İtaliyanın “Komo” klubunu çalışdırır.

“Mançester Siti” yayda mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.   

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir.   

Namiq HUN

tag: Mançester Siti,Xosep Qvardiola,Məşqçi,Ayrılma,Todaypress.az,