Qvardiola üçün “Barselona” “Mançester Siti”dən daha vacibdir
İspaniyalı məşqçi Pep Qvardiola meksikalı azarkeşləri “Barsa”nı dəstəkləməyə səsləyib.
TodayPress xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi meksikalı jurnalistin ölkəsində hamının “Real Madrid”i və “Barselona”nı dəstəkləməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Qvardiola jurnalistin insanları “Mançester Siti”yə necə cəlb edə bilərik sualına, "onlar “Barsa”nı dəstəklədikcə, hər şey qaydasındadır"deyib.
Namiq HUN
tag: İspaniya ,Pep Qvardiola ,Barsa ,Mançester Siti ,Real Madrid ,todaypress.az,