Qvardiola: “Siti” aşağı liqaya düşsə də, klubu tərk etməyəcəyəm”

İdman

23.11.2024 09:19

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun Premyer Liqadan kənarlaşdırılacağı halında heç yerə getməyəcəyini bildirib. 

TodayPress BBC-yə istinadən xəbər verir ki, yazda “şəhərlilər”in maliyyə feyr-pley qaydalarının 115 pozuntusu ilə bağlı səs-küylü işinin qərarı məlum olacaq.

“Siti”nin təqsiri sübut edilərsə, komanda ən sərt sanksiyalarla aşağı liqaya düşəcək. Lakin bu narahatlıqlar Qvardiolanın müqaviləsini 2027-ci ilə qədər uzatmasına mane olmayıb. Çalışdırıcı komandası aşağı liqaya düşsə də, klubu tərk etməyəcəyini deyib. 

“Bizi hara göndərə biləcəklərini bilmirəm, Konfransa? Amma növbəti mövsüm biz yüksələcəyik, sonra yenə və Premyer Liqaya qayıdacağıq” o, bildirib.

Namiq HUN

tag: Siti, Qvardiola, Liqa, Maliyyə, todaypress.az,