Qvardiola: “Rekordları qırdıq, indi isə antirekordlar qırırıq”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının uğursuz nəticələri barədə danışıb.
TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssis Premyer Liqanın XVII turunda “Aston Villa”ya uduzduqları oyundan (1:2) sonra açıqlamasında deyib.
“Biz bütün rekordları qırdıq. İndi isə antirekordlar qırmağa başlayırıq. Təəssüf ki, bu belədir”.
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə keçirdiyi son 12 matçın 9-da uduzub. “Mançester Siti” digər 3 görüşün 2-də heç-heçə edib, yalnız 1-də qalib gəlib.
Komanda Premyer Liqada 27 xalla 7-ci pillədə qərarlaşıb. "Şəhərlilər" Çempionlar Liqasında isə 8 xalla 22-cidirlər.
Xatırladaq ki, Premyer Liqanın son qalibi 2016-cı ildən etibarən Xosep Qvardiolanın baş məşqçiliyi altında ümumilikdə 6 dəfə İngiltərə çempionu olub.
Namiq HUN
tag: Mançester Siti,Xosep Qvardiola,Premyer Liqa,todaypress.az,