Qvardiola Qrilişə vaxt verdi
İngiltərəli futbolçu Cek Qriliş “Mançester Siti” klubunu tərk edə bilər.
TodayPress “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçinin oyunundan narazıdır.
İspaniyalı mütəxəssis formasını yaxşılaşdırmaq üçün Qrilişə mövsümün sonuna qədər vaxt verib, əks halda klub onu transferə çıxaracaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2021-ci ildə 117,5 milyon avroya “Aston Villa”dan Mançester təmsilçisinə keçib. Cek Qriliş yerli oyunçular arasında Premyer Liqa tarixinin ən bahalı transferidir.
Namiq HUN
tag: Cek Qriliş ,Klub ,Mövsüm ,Aston villa, todaypress.az,