Qvardiola “Mançester Siti”dən gedir?
“Mançester Siti” klubunun rəhbərliyi baş məşqçi Xosep Qvardiola ilə yolları ayırmaq istəyir.
TodayPress “El Nacional” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın nəticələrindən narazıdır.
Premyer Liqada işləri qaydasında getməyən “şəhərlilər”in qitənin ən nüfuzlu klub turnirində də mübarzəni dayandırması vəziyyəti daha da gərginləşdirib.
Rəhbərlik Qvardiolanın yerinə ən real namizəd “Bayer 04”ün baş məşqçisi Xabi Alonsonu hesab edir.
Namiq HUN
tag: “Mançester Siti” ,Xosep Qvardiola,“Bayer 04”,İdman,todaypress.az,