Qvardiola “Mançester Siti”də qalacaq

İdman

20.11.2024 11:20

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla müqavilə müddətini daha bir il uzadıb.

TodayPress xəbər verir ki, “The Athletic” məlumat yayıb.

53 yaşlı mütəxəssisin hazırkı razılaşması cari mövsümün sonunda başa çatırdı. Əvvəllər Qvardiolanın mövsümün sonunda idman direktoru Çiki Beqiristaynla birlikdə klubdan ayrıla biləcəyi güman edilirdi. 

Qvardiola 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin edilib. Bu müddət ərzində o, Premier Liqada 6 çempionluq və 2023-cü ildə klubun tarixində ilk Çempionlar Liqası qələbəsi olmaqla 18 kubok qazanıb.

Namiq HUN

tag: Mançester Siti,Xosep Qvardiola,Çiki Beqiristayn,todaypress.az,