Qvardiola İngiltərə millisinə dəvət aldı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə millisinə rəhbərlik edə bilər.
TodayPress xəbər verir ki, “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə Futbol Assosiasiyası ispaniyalı mütəxəssislə milli komandanın baş məşqçi postuna mümkün dəvəti ilə bağlı əlaqə saxlayıb.
Qurum Qvardiolanın qərarını gözləyir.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti” klubuna rəhbərlik edir.
Namiq HUN
tag: Mançester Siti, Pep Qvardiola ,İngiltərə ,Futbol Assosiasiyası ,Məşqçi ,todaypress.az,