Qvardiola futbolçuları klubun bazasında saxladı
“Mançester Siti” klubunun futbolçuları “Everton”a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII turunun matçından əvvəl komandanın bazasında gecələyiblər.
TodayPress xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola uğursuz seriyaya görə bu qərarı verib.
Son 12 oyunda cəmi 1 qələbə qazanan Mançester təmsilçisi hazırda Premyer Liqanın 27 xalla 6-cı komandasıdır.
Namiq HUN
tag: Premyer ,Məşq, Qvardiola, Mançester, todaypress.az,