Qvardiola: “ De Bruyne hazır deyil, oynamayacaq”

İdman

23.10.2024 10:07

Kevin De Bruyne UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunda “Sparta” ilə oyunda “Mançester Siti”yə kömək edə bilməyəcək. 

TodayPress xəbər verir ki, “şəhərilər”in baş məşqçisi Xosep Qvardiola yarımmüdafiəçinin fiziki durumundan danışıb: 

“Kevin De Bruyne hələ tam hazır deyil. Biz ona sağalması üçün əlavə vaxt vermişik.O, növbəti matçlarda bizə kömək edəcək. Onun nə qədər oyundan kənar qalacağını deyə bilmərəm. Bir az vaxta ehtiyacı var” Qvardiola deyib.

Kevin De Bruyne ombasından zədə alıb. Yarımmüdafiəçi məşq prosesini bərpa etsə də, hələ rəsmi oyunlara hazır deyil. 

Namiq HUN

tag: UEFA, Kevin De Bruyne, Liqa, Xosep Qvardiola, todaypress.az,