Qvardiola daha bir mövsüm "Mançester Siti"də
İdman
22.11.2024 09:02
İspaniyalı futbol mütəxəssisi Xosep Qvardiola “Mançester Siti” ilə müqavilə müddətini artırıb.
TodayPress xəbər verir ki, baş məşqçi ilə yeni razılaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Müqavilənin şərtlərinə görə, əməkdaşlıq 2025/26-cı il mövsümünün sonunda daha bir il artırıla bilər.
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. “Şəhərlilər” onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu titulunu qazanıblar. “Mançester Siti” həmçinin 1 dəfə Çempionlar Liqası kubokuna sahib olub.
Namiq HUN
tag: Xosep Qvardiola, Mançester Siti, Müqavilə, Liqa, İngiltərə, Kubok, todaypress.az,