Qvardiola böhrandan çıxış yolunu qış transferində görür
İdman
30.11.2024 10:30
“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola böhrandan çıxmağın yolunu rəhbərliyin planlarını dəyişməkdə görür.
TodayPress xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi növbəti transfer pəncərəsində futbolçu almaq niyyətində olmayıb.
Klub yarımmüdafiə mövqeyinə lazım olan futbolçuları 2025-ci ilin yayında transfer etməyi planlaşdırırdı. Qvardiola hesab edir ki, qış transferləri “şəhərlilər”in vəziyyəti yaxşılaşdırmağa və lider “Liverpul”a çatmağa kömək edəcək.
“Mançester Siti”nin əsas transfer hədəfləri yarımmüdafiəçilər Martin Subimendi (“Real Sosyedad”) və Adam Vortondur (“Kristal Pelas”).
Qeyd edək ki, “Mançester Siti” son altı matçda qələbə qazana bilmir.
Namiq HUN
tag: Mançester Siti, Qvardiola, Liverpul,Xosep Qvardiola, todaypress.az,