Qvardiola: “Bizim əsas problemimiz təqvimlə bağlıdır”
İdman
14.12.2024 10:17
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola təqvimdən narazılıq edib.
TodayPress “Sky Sports”a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının uğursuzluğunun bir səbəbi kimi təqvimi göstərib.
“Cari təqvimdə əvvəlkindən daha çox matç var. Zədələrimizin sayı məni 25-30 futbolçudan ibarət heyətə güvənməyə vadar edir. Ancaq bu qədər futbolçu klubun maliyyə vəziyyətini ağırlaşdıracaq. Bizim əsas problemimiz təqvimlə bağlıdır. Söhbət oyunçularda deyil, fizioterapevtlərdə deyil, məşqdə deyil, oyunçuların nə qədər istirahət etməsindədir. Gec-tez bütün klublar bu problemlə üzləşəcək”.
Qeyd edək ki, “Mançester Siti” bütün yarışlarda keçirdiyi son 10 matçdan yalnız 1-də qalib gəlib.
Namiq HUN
tag: Qvardiola ,Sky Sports, Matç ,Qalib, todaypress.az,