Qurbanov dünya reytinqində irəlilədi
İdman
16.01.2025 19:17
Futbol üzrə dünyanın ən güclü məşqçilərinin reytinq cədvəli açıqlanıb.
TodayPress xəbər verir ki, siyahıda planetin 500 mütəxəssisi yer alıb.
Reytinq cədvəlində yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ” klubunun baş məşqçisi 1646 xala malikdir. O, dünyada 158-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə iki addım irəliləyib.
“Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. Rusiyalı mütəxəssis də iki addım irəliləyib.
Azərbaycan milli komandasını çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı mütəxəssisin mövqeyi dəyişməz qalıb.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2153 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.
Namiq HUN
tag: Reytinq ,Qurban Qurbanov, Siyahı, Santuş ,todaypress.az,