Qurbanov dünya reytinqində 12 pillə gerilədi

İdman

25.01.2025 16:45

1323

Dünyanın 500 mütəxəssisinin yer aldığı reytinq cədvəli açıqlanıb. 

TodayPress xəbər verir ki, siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.

“Qarabağ”ın Avropa Liqasında FCSB-ya 2:3 hesablı məğlubiyyətindən sonra 52 yaşlı mütəxəssis 12 pillə geriləyib. 8 xal itirən Qurbanov hazırda 1638 xalla dünyada 170-cidir.  

Siyahıya “Mançester Siti”nin 2150 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Namiq HUN

tag: Qurban Qurbanov,Reytinq cədvəli,Pep Qvardiola,Dünya reytinqi,İdman,Futbol,todaypress.az,