Qurban Qurbanov: “Rəqibin üstün cəhətləri çoxdur”
İdman
07.11.2024 10:30
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun bu gün keçiriləcək “Bodo Qlimt” - “Qarabağ” matçından əvvəl baş məşqçi Qurban Qurbanov jurnalistlərlə görüşüb.
TodayPress xəbər verir ki, təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib:
“Bodo Qlimt” son vaxtlar qarşılaşdığımız ən intizamlı kollektivlərdən biridir. Rəqib komandanın heyətində meydana çıxacaq futbolçuların, demək olar ki, hər biri norveçlidir. Göstərdikləri nəticələrə görə son vaxtlar Norveç futbolunun yüksəlişdə olduğunu deyə bilərik. Bu komandanın özünə xas oyun üslubu var. Matçda çox diqqətli olmalıyıq. Rəqibin üstün cəhətləri çoxdur. İnanıram ki, futbolçularımız meydanda əllərindən gələnin ən yaxşısını edəcəklər”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Bodo Qlimt” – “Qarabağ” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Qurban Qurbanov, Bodo Qlimt, Komanda, UEFA, Liqa, todaypress.az,