Qurban Qurbanov: “Matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq”
İdman
22.01.2025 15:00
"Rumıniya klubu ilə görüşdə qələbə qazanmaq istəyirik".
TodayPress xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Rumıniyanın FCSB klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib:
“Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Hansı komandaya qarşı oynayacağımızı bilirik. Rumıniya futbolu sərtliyi ilə seçilir. Hücumun qurulmasında xırda dəyişiklik ola bilər. Öz sistemimizi daha da yaxşılaşdırmağa çalışacağıq. Matçda səhv etməməliyik. Rəqib bunu bağışlamayacaq. Bəzi məqamlara xüsusi diqqət ayırmalıyıq. FCSB göstərdiyi oyuna və məsuliyyətinə görə haqq etdiyi nəticələri qazana bilib”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Namiq HUN
tag: Qurban Qurbanov,Futbol,Qarabağ,UEFA,Avropa Liqası,İdman,todaypress.az,