Qurban Qurbanov: “Juninyonun transferində bəzi nüanslar var”

İdman

09.01.2025 20:00

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov braziliyalı hücumçu Juninyonun transferinə münasibət bildirib. 

TodayPress xəbər verir ki, Təcrübəli çalışdırıcı forvardın keçidi ilə bağlı bunları söyləyib: 

“Juninyo məsələsi konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl “Sevilya” ilə demək olar ki, razılıq əldə edilmişdi. Daha sonra “Flamenqo” variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi “Qarabağ”ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı “Qarabağ”dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək”.

Namiq HUN

tag: Qarabağ,Qurban Qurbanov,Hücumçu,Juninyo,Transfer,todaypress.az,