Qurban Qurbanov avropalı həmkarlarına “yuxarı”dan baxır
Avropada bir klubda ən uzun müddət baş məşqçilik edən futbol mütəxəssislərinin yeni reytinq siyahısı açıqlanıb.
TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Kicker” nəşri məlumat yayıb.
2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran baş məşqçi Qurban Qurbanov siyahıda ikincidir.
52 yaşlı mütəxəssis sıralamada Avropanın Dieqo Simeone (“Atletiko” – 2011), Can-Pyero Qasperini (“Atalanta” – 2016), Pep Qvardiola (“Mançester Siti” – 2016) kimi təcrübəli məşqçilərini üstələyib.
Reytinq siyahısının birinci pilləsində “Haydenhaym”ın baş məşqçisi Frank Şmidt qərarlaşıb. O, 2007-ci ildən komandanı çalışdırır.
Namiq HUN
tag: Avropa,Qarabağ,Qurban Qurbanov,Dieqo Simeone ,todaypress.az,