Qurban Qurbanov 15 pillə gerilədi

İdman

29.10.2024 15:00

Dünyanın 500 məşqçisinin yer aldığı reytinq siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. 

“Qarabağ” klubunun baş məşqçisi 1649 xalla 155-cidir.

Qurbanov ötən cədvəldəki mövqeyini əldən verib. 9 xal itirən mütəxəssis 15 pillə geriləyib.

“Turan Tovuz” klubunun rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 59-cidir. O, 2 pillə geri düşüb.

Millinin portuqaliyalı çalışdırıcısı Fernando Santuş isə 1624 xalla siyahıda 191-cidir. 70 yaşlı mütəxəssis 8 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 2242 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

Namiq HUN

tag: Qarabağ,Məşqçi, Kurban Berdıyev ,Fernando Santuş , Turan Tovuz, todaypress.az,