Qurban Berdıyev “Turan Tovuz”da
İdman
12.06.2024 11:10
“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.
TodayPress xəbər verir ki, mövsüm başa çatınca Ayxan Abbasovla yolları
ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
“Turan Tovuz”u türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları
müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət
olunub.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”,
“Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan
yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su
olub.
Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza
atacaqlar.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.
Namiq HUN
tag: Turan Tovuz,Qurban Berdıyev , Futbol,Azərbaycan,todaypress.az,