Quluzadənin Tailand uğuru

İdman

18.01.2025 10:40

Azərbaycanlı MMA döyüşçüsü Akif Quluzadə növbəti qələbəsini qazanıb.   

TodayPress xəbər verir ki, o, Tailandın paytaxtı Banqkokda təşkil olunan “ONE Friday Fights 94” turnirində qüvvəsini sınayıb. 

Turnirdə yerli idmançı Puenqluanq Baanramba döyüşən Quluzadə rəqibini ikinci raundda nokautla məğlub edib.   

“ONE Friday Fights 94” çərçivəsində keçirdiyi 3 görüşün hamısında qalib gələn idmançımız Banqkok uğurundan sonra 100 min dollarlıq müqavilə imzalayıb. 

Qeyd edək ki, Akif Quluzadə karyerası ərzində keçirdiyi 5 görüşdə 4 dəfə qalib gəlib, 1 dəfə uduzub. 

Namiq HUN

tag: Tailand,Azərbaycan,MMA döyüşçüsü ,Puenqluanq Baanramba ,ONE Friday Fights 94,Todaypress.az,