Quardado Meksika millisi ilə vidalaşdı

İdman

16.10.2024 15:05

1672

Futbol üzrə Meksika yığma komandasının kapitanı Andres Quardado karyerasını başa vurub.

TodayPress xəbər verir ki, Quardado yığma karyerasında ABŞ millisinə qarşı yoldaşlıq görüşündə son oyununa çıxıb.  

Qeyd edək ki, 38 yaşlı yarımmüdafiəçi millinin heyətində 182 oyunda forma geyinib. Oyun sayında rekord müəyyən edən Andres Quardado Meksika millisi ilə 5 dünya çempionatında iştirak edib.

Namiq HUN

tag: Meksika, Andres Quardado ,ABŞ, Çempion ,Dünya ,todaypress.az,