Quardado futbolla vidalaşdı
İdman
09.11.2024 14:40
Meksika millisinin oyun sayına görə rekordçusu olan Xose Andres Quardado Ernandes peşəkar futbolçu karyerasını başa vurub.
TodayPress xəbər verir ki, o, öz sosial şəbəkə hesablarında məlumat yayıb. Quardado 38 yaşında futbolla vidalaşdığını bildirib:
“19 ildən sonra peşəkar karyeramı başa vurmaq qərarımı ictimaiyyətə açıqlamaq istərdim. Mənə karyeramı başa vurmaq imkanı verən “Leon”un prezidenti Xesus Martinezə təşəkkür etmək istəyirəm. Mən Meksikaya bağlı olmaqdan qürur duyuram”
Qeyd edək ki, Andres Quardado Meksika millisində keçirdiyi 182 oyunda 28 qol vurub. 38 yaşlı futbolçu milli komanda ilə 3 dəfə KONKAKAF kubokunun qalibi olub.
Klub səviyyəsində isə Quardado 2 dəfə PSV ilə Niderland çempionu olub və “Betis” klubu ilə İspaniya kubokunu qazanıb.
Namiq HUN
tag: Xose Andres Quardado Ernandes, Quardado, Futbol, İdman, todaypress.az,