Qrupdan çıxmaq üçün son şans: Türkiyənin Çexiya sınağı
İdman
26.06.2024 10:53
Futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun son görüşləri E və F qruplarında keçiriləcək.
E qrupunda Slovakiya Rumniya komandası ilə, Belçika isə Ukrayna yığması ilə qarşılaşacaq.
TodayPress xəbər verir ki, bütün komandaların iki turdan sonra üç xalı var. Qrupdakı mövqeni başa-baş oyunun nəticəsi müəyyən edir. Rumıniya, Belçika və Slovakiyaya pley-offa çıxmaq üçün bir xal kifayət edir.
Ən pis vəziyyət ukraynalılardadır. 1/8 finala adlamaq üçün Ukrayna millisinə Belçika üzərində qələbə və ya heç-heçə lazımdır. Bir şərtlə ki, Rumıniya və ya Slovakiya məğlub olsun.
Hər iki oyun Bakı vaxtilə saat 20:00-da start götürəcək.
F qrupunda Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupun lideri Portuqaliya isə Gürcüstan millisini sınağa çəkəcək.
Portuqaliyada hər şey aydındır. Türkiyəni heç-heçə, hətta daha çox qələbə 1/8 finala aparacaq. Gürcülər və çexlər üçün vəziyyət daha sadədir. Bu komandalar ya qalib gəlib turnirdə qalacaqlar, ya da mübarizəni dayandıracaqlar.
F qrupunda hər iki oyun 23:00-da start götürəcək.
Namiq HUN
tag: Türkiyə, Çexiya, Milli, Portuqaliya, Lider, todaypress.az,