Qrossmeysterimiz liderdən yarım xal geri qalır
Azərbaycan şahmatçısı Özbəkistan beynəlxalq turnirində liderləri izləməkdə davam edir.
TodayPress xəbər verir ki, qrossmeyster Vüqar Rəsulov Karşi turnirində uğurla çıxış edir.
O, 7 turdan sonra 5 xalla beşinci yerdə qərarlaşıb. Rəsulov hazırda liderlərdən yarım xal geri qalır.
Qeyd edək ki, beynəlxalq turnirin mükafatları uğrunda 7 ölkədən 37 şahmatçı mübarizə aparır.
Namiq HUN
tag: Vüqar Rəsulov,Şahmat,Liderlik,Kubok,Todaypress.az,