Qrizmann qərar verdi

İdman

16.04.2025 17:56

9

“Atletiko Madrid” klubunun futbolçusu Antuan Qrizmann karyerası ilə bağlı qərar verib.   

TodayPress “Relevo” nəşrinə istinadən xəbər verir ki, hücumçu müqavilənin müddətini uzatmaqla bağlı klub ilə razılığa gəlib. 

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone də forvardı saxlamaq üçün klubdan mümkün olan hər şeyi etməyi xahiş edib.

34 yaşlı futbolçunun maaşında azalma olacaq. 

Qeyd edək ki, Antuan Qrizmann karyerası ərzində paytaxt təmsilçisinin heyətində 435 oyuna çıxıb, 197 qol vurub və 91 məhsuldar ötürmə edib. 

Xatırladaq ki, ABŞ-nin “Los-Anceles” klubunun fransalı futbolçunun heyətinə cəlb etmək istəyi baş tutmayıb.

Tərəflər arasında danışıqlar müsbət yekunlaşmayıb.   

Namiq HUN

tag: Atletiko Madrid,Antuan Qrizman,Klub,Razılıq,Todaypress.az,