Qrizmann Fransa millisi ilə vidalaşdı
İdman
30.09.2024 15:35
“Atletiko Madrid” futbol klubunun hücumçusu Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.
TodayPress xəbər verir ki, forvard qərarını sosial şəbəkə hesabında paylaşıb.
“Həyatımın bu hissəsini xatirələrlə dolu bir ürəklə bağlayıram. Heyrətamiz macəra üçün təşəkkürlər. Tezliklə görüşərik” Qrizmann yazıb.
Qeyd edək ki, 33 yaşlı hücumçu yığmada keçirdiyi 137 oyunda 44 qol vurub. 2018-ci ildə Fransa millisi ilə dünya çempionu titulunu qazanan Qrizmann, 3 il sonra UEFA Millətlər Liqasını qalibi olub.
Namiq HUN
tag: Atletiko Madrid ,Fransa ,Çempion ,Qrizmann ,UEFA, todaypress.az,