Qrizmanın son Madrid derbisi
Antuan Qrizman bu gün karyerasının son Madrid derbisinə çıxacaq.
TodayPress xəbər verir ki, “Atletiko” klubunun fransalı ulduz futbolçusu “Real”a qarşı oyundan sonra komandadan ayrıla bilər.
ABŞ klublarının təklifini dəyərləndirən Qrizmanın Lionel Messi ilə eyni komandada çıxış edəcəyi ehtimal edilir.
Qeyd edək ki, Antuan Qrizman Avropada “Atletiko Madrid”dən başqa heç bir klubda çıxış etmək istəmədiyini bildirib.
Namiq HUN
tag: Antuan Qrizman,ABŞ,Atletiko,Real,Todaypress.az,