Qrinvud yenidən La Liqaya qayıda bilər
“Barselona” və “Real” “Marsel”in ingilis hücumçusu Meyson Qrinvudu izləyir.
TodayPress “TBR Football”a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Fransa klubunda keçirdiyi uğurlu mövsümə görə super klubların maraq dairəsinə düşüb.
Transfer reallaşsa, sabiq klubu “Mançester Yunayted” bir neçə milyon avro qazanacaq.
Qeyd edək ki, cari mövsüm Meyson Qrinvud Liqa 1-də keçirdiyi 13 oyunad 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, forvard “qırmızı şeytanlar”ı sevgilisi ilə təcavüz qalmaqalından sonra tərk edib. O, əvvəlcə icarə əsasında “Xetafe” klubunda oynayıb. Yayda isə “Marsel” klubuna transfer olunub.
Namiq HUN
tag: Barselona,Real,Marsel,Meyson Qrinvud,todaypress.az,