Qretskinin rekordunu yeniləməyə heç nə qalmadı
İdman
19.11.2024 10:47
“Vaşinqton Kepitals” klubunun kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) rekordçusu, kanadalı Ueyn Qretski ilə xal fərqini 28-ə endirib.
TodayPress xəbər verir ki, Oveçkin karyerasında 866-cı qolunu vurub.
Ueyn Qretski 1487 matçda 894 qol vurub.
Qeyd edək ki, rusiyalı forvard “Veqas”la oyunda het-trik edib. “Vaşinqton” qarşılaşmanı 5:2 hesabı ilə qazanıb.
Namiq HUN
tag: Rusiya, Liqa, NHL, Ueyn Qretski, Xokkey, todaypress.az,